BMT-də Krımla bağlı səsvermə - Azərbaycan iştirak etmədi
13:48 16 Noyabr 2016
Ukraynanın Krımda insan haqlarına dair qətnaməsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılıb.
Femida.az-ın məlumatına görə Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insan haqları sahəsindəki vəziyyətin beynəlxalq monitorinqinə çağıran sənəd BMT Baş Assambleyasının sosial, humanitar və mədəniyyət məsələləri üzrə Üçüncü Komitəsi tərəfindən qəbul edilib.
Səsvermədə bütün ölkələr iştirak etməyib. Qətnamə 73 ölkə tərəfindən dəstəklənib, 23 ölkə əleyhinə, 76 ölkə bitərəf olub. Layihə bir çox Avropa ölkələri və ABŞ tərəfindən dəstəklənib, Rusiya, Çin, Serbiya, Kuba, Hindistan, Qazaxıstan və s. ölkələr əleyhinə çıxış edib.
Azərbaycan səsvermədə iştirak etməyib.
Sənəd Rusiyanı insan haqları sahəsində müşahidələr aparan beynəlxalq missiyaların və qeyri-hökumət hüquq müdafiə təşkilatlarını Krıma maneəsiz girişini təmin etməyə çağırır.
Oxunub: 4437
Oxşar xəbərlər
- BMT-dəki nümayəndəliyimiz hüquqi rəy yayıb
- BMT-də Suriya müzakirəsi - Rusiya veto qoydu
- BMT-dən Qarabağ çağırışı
- BMT-dən Suriya ordusuna qarşı ittiham
- BMT-də Suriyayla bağlı müzakirə aparılacaq
- BMT-dən Cənubi Sudan ilə bağlı xəbərdarlıq
- BMT-də Suriya ilə bağlı təcili iclas
- BMT-dən İsrail-Türkiyə barışığına reaksiya
- BMT-də Kəlbəcər girovları ilə bağlı müraciət
- BMT-dən İsrailə mühüm vəzifə