Usta evdən 70 min manat oğurladı


20:31     17 Noyabr 2016 cinayet%20tutul%20azadliq%20ogur20.jpg

Bakı sakinin mənzilində usta işləyən şəxs ev sahibinin dəyəri təqribən 70 min manat olan qızıl-zinət əşyasını quldurluq yolu ilə əldə edib.


Femida.az -ın xəbərinə görə, Neftçilər prospekti ev 67 mənzil 21 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Gülşən Rəfiyeva hüquq-mühafizə orqanlarına müraciət edərək evində usta işləyən Kürdəmir rayon sakini 1987-ci il təvəllüdlü Rəşad Ömərov tərəfindən 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1726