Usta iş yoldaşını öldürdü


16:22     16 Yanvar 2017 bicaq14.jpg

Bakıda qətl törədilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 14-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərdən birində usta işləyənlər - Bakı şəhər sakini Rəşad İsmayılov münaqişə zəminində həmyerlisi Sevindik Hacıyevə bıçaqla xəsarət yetirib. S. Hacıyev hadisə yerində ölüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsmayılov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1821