Livanda İŞİD lideri ələ keçdi


00:44     27 Noyabr 2016 livyada%20isid%20lideri.jpg

Livan ordusunun Cərud Ərsal bölgəsində İŞİD terrorçularına qarşı əməliyyatları davam edir.


Əməliyyatlar çərçivəsində İŞİD-in Livandakı lideri Əhməd Yusif Amun ələ keçib. Livan ordusu xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, Livan ordusu Suriya ilə sərhəddə yerləşən Ərsal bölgəsində İŞİD terrorçularına qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 1 terrorçu məhv edilib, 11 terrorçu isə sağ ələ keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1045