Livanda terrorun qarşısı alınıb


00:41     11 İyun 2017 livanterror.jpg

Livanda terror hücumları həyata keçirmək istəyən qrup keçirilən əməliyyatla dağıdılıb. Bu barədə Livan Baş Təhlükəsizlik İdarəsindən açıqlama verilib.


Açıqlamada "Bu terrorçular İŞİD terror təşkilatının nəzarəti altında Livan və Şimali Afrikada yeni bir terror şəbəkəsi yaratmışdılar.

Eynul Halva, Burcul Bəracinə və Şatila düşərgələrindəki şəxslərlə əlaqələrindən istifadə edərək, terror aktları törətmək istəyirdilər", - deyə qeyd olunub.

Əməliyyat nəticəsində ələ keçirilən şəxslərin Fələstin və Yəmən əsilli olduqları müəyyən edilib. Dağıdılan qrup üzvləri məhkəmə qarşısına çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 715