8 rayonda analoq yayım dayandırıldı - Bu gündən
13:06 01 Dekabr 2016
Bu gündən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılır.
Dekabrın 1-dən bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək.
Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.
Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.
Oxunub: 2011
Oxşar xəbərlər
- 82 yaşlı kişini maşın vurub öldürdü - Evinin qarşısında
- 8 minədək hərbçinin övladı bayram şənliklərində
- 81 yaşlı qadın yanıb öldü
- 8 nəfərə qaçqın statusu verilib - Azərbaycanda
- 8 yaşlı uşaq faciəvi şəkildə ölüb
- 83 cinayət faktı qeydə alınıb
- 8 nəfərdən silah götürülüb
- 84 cinayət faktı qeydə alınıb
- 8 km dəmir yolu əsaslı təmir olunur
- 81 yaşlı kişi özünü asıb