Bıçaqlanan sürücü xəstəxana yolunda qəzaya düşdü


19:48     01 Dekabr 2016 1435647762_baki-quba-yolunda-avtomobil-qezasi-bash-verib1.jpg

Bakının Xəzər rayonununda bıçaqlanma hadisəsi baş verib.


Binə qəsəbəsi ərazisində taksi sürücüsü işləyən Fəxri Mirzəliyev tanışı ilə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib və tanışı Fəxrini bıçaqlayıb. Hadisə zamanı Fəxrinin anası Elmira Mirzəliyeva da yanında olub. Bıçaqlanan Fəxri Mirzəliyev avtomobilinə əyləşərək özünü xəstəxanaya çatdırmaq istəyib. Lakin yaralı yolda qəza törədib. Binə qəsəbəsindən Aeroport yoluna daxil olan zaman huşunu itirən Fəxri idarə etdiyi “Kia” markalı avtomobili dəmir arakəsmələrə çırpıb. Fəxri Mirzəliyev qəza zamanı əlavə xəsarətlər də alıb. Avtomobildə olan Elmira Mirzəliyeva da zədələnib. Daha sonra Elmira Mirzəliyeva kürəkəninə zəng edərək onu hadisə yerinə çağırıb. Kürəkən qayın və qayınanasını xəstəxanaya çatdırıb. Bıçaq və sınıq xəsarətləri olan Fəxri Mirzəliyev əməliyyat olunub. Elmira Mirzəliyeva isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. (“Yeni Müsavat”)

Femida.az

Açar sözlər:

Oxunub: 1359