Məmmədyarov NATO-ya dəstək olmağa gedir


16:55     05 Dekabr 2016 elmar%20memmedyarov.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Belçikaya işgüzar səfər edəcək.


XİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumatda deyilir ki, E.Məmmədyarov həmçinin dekabrın 8-9-da Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Almaniyaya işgüzar səfər edəcək.

Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1877