Deputatlar 3 gün nəyi müzakirə edəcək?


18:50     05 Dekabr 2016 milli%20meclis33.jpg

Sabah Milli Məclisdə Azərbaycanın 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirələri başlayacaq.


Femida.az xəbər verir ki, sabahdan başlayaraq 3 gün -6,7 və 8 dekabr tarixlərində Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Qeyd edək ki, büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 1449