Deputatlarımız Qırğızıstanda prezident seçkilərini izləyir


14:59     15 Oktyabr 2017 408042816_1508046332.jpg

Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.


Femida.az xəbər verir ki, səsvermə Qırğızıstan vaxtı ilə saat 8-də başlayıb. 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Seçkilərdə 11 namizəd iştirak edir.

Qeyd edk ki,Azərbaycan Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçkiləri ATƏT-in seçki missiyasının xüsusi əlaqələndiricisi qismində müşahidə edir.


Milli Məclisin deputatları Nizami Cəfərov TürkPA xətti ilə, Rauf Əliyev isə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində seçkiləri izləyirlər.

Açar sözlər:

Oxunub: 798