Azay Quliyev ATƏT PA-nın iclasında çıxış edəcək


13:45     06 Dekabr 2016 azay%20quliyev9.jpg

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaq.


Femida.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.

Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 898