İqtisadi artım olacaq - Oqtay Əsədov


16:28     06 Dekabr 2016 9338.jpg

2017-ci il və qarşıdakı 3 il ərzində iqtisadi artım proqnozlaşdırılır.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi Azərbaycanın valyuta gəlirlərinin azalmasına səbəb olub:

“Azərbaycan prezidentinin düşünülmüş və uğurlu siyasəti nəticəsində mövcud problemlərə baxmayaraq, ölkə iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Gələn ilin dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmaların artırılması nəzərdə tutulur. Dövlət Neft Fondundan transfertlər 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertlərin azaldılması yaxın illərdə də davam edəcək”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1217