Qanunsuz ovçular saxlanıldı


15:49     10 Dekabr 2016 ov%20qanunsuz3.jpg

Qanunsuz ov edən Ağdaş rayon sakinləri saxlanılıb.


Femida.az -ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri Elnur Məmmədov, Nadim Süleymanov və Elnur Nəsirov Sincan kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 4 ədəd "TOZ-16" markalı silah götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1309