Şəmkirdə yanğın olub


01:11     12 Dekabr 2016 13878640961363594763_yangin45sadas1.jpg

Bu gün Şəmkir rayonunda yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafzə olunub.

Yanğın saat 16:39-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 747