Ərdoğan: “Ermənistanda özləri çalıb, özləri də oynayacaqlar“


14:08     23 Aprel 2015 erdogan.jpg

"Aprelin 24-də Ermənistanda bir araya gələnlər özləri çalıb, özləri də oynayacaqlar. Biz isə dünya barışından söz açacağıq, fərqimiz budur".

Femida.az “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinə həsr edilmiş tədbirlərin gündəmində Ermənistan yer almır: “Aprelin 23-də isə biz İstanbulda dünya barışından söz açacağıq, bizim fərqimiz budur”.

“Türkiyə 1915-ci il hadisələri ilə bağlı dövlət arxivini açmağa hazır olduğunu dəfələrlə bildirib. Mən 12 ildir bu arxivləri hər an açmağa hazır olduğumuzu söyləyirəm. Ya bunların qulaqları eşitmir və ya başqa şeylərlə məşğuldurlar. Biz arxivlərimizi açmağa hazırıq, Ermənistanın varsa - onlarda açsınlar”, deyə Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 354