Uşaq bağçaları əlavə pul qazanacaq - Yenilik


02:00     16 Dekabr 2016 bagca.jpg

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri müəyyən qədər sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, məktəbəqədər təhsil müəssisələri əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada ancaq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər:

“Dövlət məktəbəqədər təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 1018