Polisdən böyük əməliyyat – 251 nəfər həbs olundu


18:03     24 İyul 2015 242748.jpg


İstanbulda səhər saatlarında Terrorla Mübarizə Şöbəsi tərəfindən böyük bir əməliyyat başladılıb.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Baş Nazirliyin Koordinasiya Mərkəzi eyni vaxtda 13 şəhərdə vətəndaşlara və təhlükəsizlik qüvvələrinə qarşı silahlı terror həyata keçirən və onu planlaşdıran 251 nəfərin həbs edildiyini açıqlayıb. Əməliyyatda 5000 polis iştirak edib. Bağçılarda həyata keçirilən əməliyyatda isə DHKP-C-nın üzvü olduğu iddia edilən şəxs ölü halda ələ keçirilib.

Açar sözlər:

Oxunub: 1679