Zakir Həsənov erməni təxribatından danışdı
15:46 17 Dekabr 2016
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı, general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə ətraflı məlumat verib.
Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.
Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan Z. Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib.
Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.
Oxunub: 2012
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib