Arvadını öldürən şəxs Ali Məhkəməyə müraciət etdi
21:04 17 Dekabr 2016
Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Famil Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, cinayət işinin məhkəmə istintaqı ilə aparılmasını istəyib. Vəsatət təmin edilməyib. Həmin qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, F.Əhmədov həyat yoldaşı Ülviyyə Əhmədovanı öldürüb. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi apellyasiya şikayətləri ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. (Report)
Femida.az
Oxunub: 1307
Oxşar xəbərlər
- Arvadının cehizini oğurlayıb satdı - Bakıda
- Arvadının gözləri qarşısında öldürdülər
- Arvadının başını kəsib ölkədən qaçmaq istədi - Bakıda dəhşət
- Arvadını və 4 qızını öldürən qatil ataya ən ağır cəza veriləcək
- Arvadını və 4 qızını öldürüb həyətdə basdırıb - Salyanda DƏHŞƏTLİ QƏTL
- Arvadını döyüb xəstəxanalıq etdi
- Arvadını öldürüb qaçıran şəxs tutulub
- Arvadını boğub öldürmüşdü - Cəzası azaldıldı
- Arvadını öldürən şəxs polisə təslim oldu
- Arvadını qardaşına qısqanıb başını kəsdi