Nazarbayev azərbaycanlı deputatı təltif edib - FOTO


20:51     19 Dekabr 2016 84603926.jpg

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin parlamentinin azərbaycanlı deputatı Məhərrəm Məhərrəmovu təltif edib.


Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, Qazaxıstan parlamentinin azərbaycanlı deputatı M. Məhərrəmov N. Nazarbayevin fərmanına əsasən, “Əmək fəaliyyətində fərqlənməyə” görə və “Qazaxıstan Respublikasının 25 illiyi” ilə bağlı yubiley medalları ilə təltif edilib.

Qeyd edək ki, babaları 1937-ci ildə Azərbaycandan Qazaxıstana sürgün edilən M. Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu rayonunda doğulub. Bu il keçirilən parlament seçkilərində qalib gələn 45 yaşlı M. Məhərrəmov Parlament Məclisində təmsil olunan ilk azərbaycanlı deputatdır.



Femida.az

Açar sözlər:

Oxunub: 1183