Nazarbayev Bakı səfərindən sonra tapşırıq verib - İşçi qrupu yaradılacaq


13:56     11 Aprel 2017 nazarbayev77.jpg

İqtisadi əməkdaşlığa dair Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası may ayında Bakıda keçiriləcək.


Bu barədə Femida.az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər. Məlumata görə, prezident Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərindən sonra hökumətlərarası komissiyaya xüsusi tapşırıqlar verilib. N. Nazarbayev hər iki ölkənin ixrac və idxal modellərini, hər iki tərəf üçün maraqlı ola biləcək əmtəələri müəyyənləşdirməyi tapşırıb. O, hər iki ölkədə istehsal olunan malların xüsusi siyahısını nəzərdə tutan yol xəritəsinin hazırlanması barədə də tapşırıq verib.

Bundan əlavə Qazaxıstan taxılının Azərbaycana ixracının bərpası və Azərbaycan kənd təsərrüfat malların Qazaxıstana ixracı ilə bağlı ikitərəfli işçi qrupun yaradılması qərara alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1024