Samuxda çoban döyülüb


13:27     22 Dekabr 2016 coban2.jpg

Daşkəsən rayon sakini Samuxda döyülüb.


Ceyrançöldə çobanlıq edən Daşkəsən rayon Qazaxyolçular kənd sakini, 1991-ci il təvəllüdlü Elşən Nağıyev kəllə-beyin travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. O, əmisinin yanında işləyən çobanların fiziki zorakılığına məruz qaldığını deyib.

Faktla bağlı araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1019