Samuxda maşın çalaya düşüb


13:19     26 Oktyabr 2017 qeza%20piyada68.jpg

Samuxda bir nəfərin ağırxəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, rayonun Hacıalılı kəndində yerli sakin, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yolda təmir işləri əlaqədar qazılmış çalaya düşüb.

Nəticədə sürücü ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Sürücünün sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 772