Rusiya səfirinin qətlində FETÖ izi


00:32     23 Dekabr 2016 1-16.jpg

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Mövlut Altıntaşın təmasda olduğu bəzi şəxslərin FETÖ-çuların üstünlük verdiyi “ByLock” şifrəli məlumatların mübadiləsi proqramından istifadə etdiyi müəyyənləşib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq beş polis əməkdaşının, habelə polis komissarı və onun müavininin “ByLock” proqramından istifadə etdiyini müəyyənləşdirib.

Hazırda qatilin qeyd olunan şəxslərlə əlaqələrinin xarakteri aydınlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1972