DSX-da müşavirə keçirilib


23:08     23 Dekabr 2016 photo-20161223162856.jpg

Dövlət Sərhəd Xidmətində (DSX) 2016-cı ildə xid­məti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi ke­çiril­ib.


DSX-nin mətbuat mərkəzindən Femida.az-a verilən məlumata görə, xidmətin rəisi – Sərhəd Qoşun­larının komandanı, general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edərək hərbi hissə və struk­tur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar barədə danışıb.

Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının da­ha yük­sək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının tə­minatı təd­bir­lərinin ardıcıl davamı, dövlət sərhədinin əmə­­liy­yat və texniki yolla mühafizəsinin gücləndi­ril­məsi, bey­nəl­xalq sərhəd əməkdaşlı­ğının genişlən­dirilməsi ilə əla­mət­­dar olub. Belə ki, DSX Sahil Mühafi­zə­sinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları güclən­dirilib, 3 ədəd yeni gəmi dəniz kam­paniyasına qəbul olunub. Oktyabr ayında genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, Azərbaycanın dəniz təlim­ləri tarixində ilk dəfə olaraq gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. Dövlət sərhədin­dən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviy­yəsində təşkil olunub, xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviy­yə­də tənzimlənib. O cümlədən Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə 2016-cı ilin mart ayında Bakı şəhərində Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1522