Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib


17:56     26 Dekabr 2016 2017_ilham_aliyev_03.jpg

Rusiya Federasiyasının Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov prezident İlham Əliyevi təbrik edib.


Femida.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində səmərəli fəaliyyətinizi davam etdirməyi ürəkdən arzu edirəm. Biz Rusiya Federasiyasının Volqoqrad vilayəti ilə Azərbaycan Respublikasının rayonlarının sakinləri arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı Sizin təşəbbüslərinizi yüksək qiymətləndiririk. Qarşılıqlı münasibətlərimizin çoxillik tarixi və böyük perspektivləri var.

Sizə möhkəm cansağlığı, sülh və firavanlıq arzu edirəm".

***

Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ən xoş və səmimi arzularımı Sizə çatdırmaq imkanına görə çox şadam. Sizə nikbinlik, firavanlıq və işlərinizdə müvəffəqiyyət arzu edirəm. Qoy Sizi həyatda yalnız dostlarınız və məsləkdaşlarınız əhatə etsin, uğur həmişə Sizinlə olsun. Sizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər, böyük xoşbəxtlik diləyirəm".

***

Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əlamətdar 55 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali vəzifədə insanların həqiqətən dərin ehtiramını və məhəbbətini qazanmısınız. Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə istiqamət götürərək inamla inkişaf edir, xalqlar arasında həmrəyliyi möhkəmləndirir, regional və beynəlxalq gündəlikdə duran mühüm məsələlərin həllində fəal rol oynayır. Siz Azərbaycan xalqının ləyaqətinin və əzəmətinin təcəssümü, ölkənizdə sabitliyin, perspektiv inkişafın və rifahın qarantısınız.

Hörmətli İlham Heydər oğlu, Sizə və ailənizə möhkəm cansağlığı, səadət və firavanlıq arzu edirəm".

***

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətində nümayəndəliyinin direktoru, "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident,

Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin üçün bu xoşbəxt gündə bir daha Sizə - Azərbaycan dövlətinin istedadlı, praqmatik və təcrübəli liderinə səmimi hörmət və ehtiram hisslərimi bildirmək istərdim. Sizin ardıcıl, ölçülüb-biçilmiş, quruculuq siyasətiniz sayəsində Azərbaycan Respublikası əsl regional liderə çevrilib, həm postsovet məkanında, həm də dünya birliyində layiqli yer tutub. Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik və firavanlıq adasıdır. Məhz Sizin praqmatik və müdrik siyasi fəaliyyətiniz sayəsində Azərbaycan dövləti cəmiyyətin həyat tərzi olan tolerantlıq və multikulturalizm siyasəti yeridir. Azərbaycanın millətçiliyə, şovinizmə, faşizmə və terrorizmə alternativ olan özünəməxsus multikulturalizm modeli var.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, İsrail Dövləti və İsrail xalqı Azərbaycanın və şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, eləcə də yəhudi icmasına dünyada heç bir tarixi presedenti olmayan diqqətli və mehriban münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara göstərdiyiniz hörmətə görə həm İsrail cəmiyyətinin, həm də dünyanın başqa dövlətlərində yəhudi icmasının böyük hissəsinin hörmətini qazanmısınız.

Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda mənə Sizinlə söhbət etmək səadəti nəsib oldu və fəxr edirəm ki, Sizin müasiriniz və həmvətəninizəm.

Sizə və Sizin gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 1325