Prezidentə təbriklər gəlməkdə davam edir


23:46     31 May 2017 2017_ilham_aliyev_0378.jpg

Rumıniya prezidenti Klaus Verner İohannis azərbaycanlı həmkarı İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.


Femida.az -ın məlumatına görə, onun məktubunda deyilir:

“Dövlət bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh və firavanlıq arzularımı çatdırmaq istərdim. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 25 il ərzində Rumıniya və Azərbaycan Respublikası yüksək səviyyəli siyasi dialoq vasitəsilə gücləndirilən, energetika, nəqliyyat, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlıq potensialından güc alan strateji tərəfdaşlığı inkişaf etdirib. Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfələr verə biləcəyik. Cənab Prezident, Sizə dərin ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisena, Laos Xalq Demokratik Respublikasının prezidenti Bounyanq Voraçit, Cibuti Respublikasının prezidenti İsmail Ömər Qulleh, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Nam və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva təbrik ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 729