Netanyahu barəsində istintaq başladı


22:25     29 Dekabr 2016 Benjamin-Netanyahu.jpg

İsraildə baş prokurorluq Baş nazir Binyamin Netanyahunun da daxil olduğu iki gizli saxlanılan məsələ haqqında istintaq başlatma qərarı qəbul edib.


Baş prokuror Avihai Mandelblit polisə də Netanyahunu mühakimə etmə səlahiyyəti verib. Netanyahunun sorğu-sual olunacağı tarixin isə qarşıdan gələn günlərdə təyin olunacağı qeyd edilib. Mandelblitin araşdırdığı iki işdən daha ciddi olanının hələ ictimaiyyətə məlum olmadığı bildirilib.

Digər tərəfdən, İsrail Ədliyyə Nazirliyi rəsmisi məsələ ilə bağlı işlərin hələ də davam etdiyini və bunun iddia edilənlərin təsdiqi və ya təkzibi mənasına gəlmədiyini diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 834