Netanyahu Trampa təşəkkür etdi


14:24     19 Dekabr 2017 photo_15136631971.jpg

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa Qüdslə bağlı qətnamə layihəsinə veto qoyduğu üçün təşəkkür edib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Netanyahunun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq nizamlanması üzrə iclası keçirilib. İclasda Misirin təşəbbüsü ilə Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnamə layihəsi müzakirəyə çıxarılıb.

Layihə ilə bağlı səsvermə zamanı 15 üzv ölkənin 14-ü onun lehinə səs verib. Lakin Birləşmiş Ştatlar veto hüququndan istifadə edərək layihənin əleyhinə səs verib.

ABŞ-ın qətnamə layihəsinə veto qoymasından sonra məsələnin BMT Baş Məclisinin müzakirəsinə çıxarılacağı və bu platformada üçdəiki səs çoxluğu ilə qəbul edilməsi üçün fəal iş aparılacağı qərara alınıb.

Açar sözlər:

Oxunub: 695