Fəhlə eskalatorun arasında qalıb öldü-AZƏRBAYCANDA


17:48     23 Aprel 2015 eskk.jpg

Sumqayıtda dəhşətli hadisə baş verib.

Məlumatına görə, 17-ci mikrorayon ərazisində yerləşən və sabah açılışı planlaşdırılan "Rahat" marketdə işləyən fəhlə, 1990-cı il təvəllüdlü Qurbanov Ruslan Taleh oğlu eskalatorun arasında qalıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Bildirilir ki, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Yeni quraşdırılmış lift yoxlanış üçün istismara buraxılarkən məlum olay yaşanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər, araşdırma aparılır./Lent.az/

Açar sözlər:

Oxunub: 339