Xəbəri olmadan analıq hüququndan məhrum edildi - Azərbaycanda


15:03     05 Yanvar 2017 seyidxanım.jpg

Seyidxanım Hüseynova 2 il əvvəl həyat yoldaşından boşanıb. Amma nə biləydi ki, ailəsi dağılmaqla bərabər, daha böyük problemlərlə üzləşəcək. Onun sözlərinə görə, İlkin və Elgün adlı övladlarının 8 ay onunla qalması həyat yoldaşı Rasim Yüseynovu qıcıqlandırıb. Məhkəməyə müraciət edərək, guya onun uşaqlara işgəncə verdiyini, döydüyünü bildirərək valideynlik hüququndan məhrum etdirib.

Femida.az xəbər verir ki, həm də məhkəmədə Seyidxanımın özü iştirak etmədən. Məhkəmənin qərarını isə anaya çox gec təqdim ediblər. Keçən ilin aprelindən 7 və 8 yaşlı İlkinlə Elgünün üzünü görmür. Heç hansı internat məktəbində oxuduqlarını da bilmir. Yeganə təsəllisi böyük oğlunun telefonunda qalan şəklinə baxmaq və ağlamaqdır.



Açar sözlər:

Oxunub: 2089