Şəmkirdə ofis və 3 maşın yanıb


16:25     06 Yanvar 2017 azvisionyangin0673.jpg

Şəmkir rayonunda güclü yanğın hadisəsi baş verib.


Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 500 m2 olan talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları 30 m2 sahədə və istixanaya məxsus “VAZ” markalı minik, “QAZEL” markalı mikroavtobus, “ZİL” markalı yük avtomobillərinin yanar hissələri yanıb.

İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1135