Bərdədə narkotik alverçisi saxlanılıb


16:56     07 Yanvar 2017 1413542729_azerbaycanda-axtarishda-olan-5-nefer-tutulub-cenubnews.jpg

Bərdə rayonunda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, narkotik vasitə ilə yanvarın 5-də tutulmuş Mahir Mehdiyevin ətrafında Bərdə RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Zümürxan kənd sakini Ehtiram İsayevdən aldığı müəyyən edilib. E. İsayevin evinə baxış zamanı 790 qram marixuana, 16 ədəd "Siklodol" həbi, 1 ədəd lüləsi kəsilmiş, nömrəsi silinmiş "TOZ-32" markalı tüfəng, 10 ədəd müxtəlif çaplı patron, barıt və qırma aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1007