Almaniyanın PKK sevgisi - FAKTLAR


20:35     27 İyul 2015 merkell.jpg

Terrorizmlə mübarizəni daim dəstəkləyən Almaniya nədənsə yenə ikili standardlar tətbiq etməyi üstün tutdu. Türkiyənin İŞİD-i bombalamasının çox uğurlu addım olduğunu vurğulayan Almaniya rəsmiləri Türkiyə tərəfindən PKK hədəflərinin də vurulmasından təəssüfləndiklərini bildiriblər. Bununla kifayətlənməyən məşhur alman mətbu orqanları PKK terrorçularını “kürd partizanlar” kimi təqdim ediblər.


Türkiyənin İŞİD və PKK-ya qarşı başlatdığı son əməliyyatlardan sonra Almaniya bundestaqında maraqlı məqamlar yaşanıb.

PKK-nın vurulmasına görə Türkiyə hökumətini ciddi tənqid atəşinə tutan Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdemir “Almaniya höküməti Türkiyəyə xəbərdarlıq etsin” deyib.

Cem Özdəmir Almaniyanın Türkiyəyə dərhal nota göndərməsini istəyib.

Almaniya müdafiə naziri Ursula von der Leyen Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara başlamasını dəstəklədi. Lakin Türkiyənin eyni zamanda PKK-nın hədəflərinin vurması ilə bağlı heç bir açıqlama vermədi. Bu ölkədəki kürd qruplaşmalarını xeyli qəzəbləndirdi.

Yaşıllar Partiyasının üzvləri və solçular Leyenin çox sadəlövh olduğunu deyərək ona etiraz ediblər. Ölkə boyu səslənən narazılıqları nəzərə alan nazir Ursula Leyen, ilk gün verdiyi açıqlamasını dəyişdirməyə məcbur oldu. O, “İŞİD-ə qarşı əməliyyat keçirmək nə qədər əhəmiyyətli idisə və Türkiyə bu mövzuda nə qədər haqlı idisə, PKK ilə əldə edilən sülh anlaşmasının baltalanmaması da o qədər önəmli idi” dedi.

Terrorçu partizan kimi təqdim edildi...

Almaniyanın İŞİD-ə qarşı əməliyyata münasibəti müsbət olsa da, nədənsə Türkiyənin PKK-ya qarşı hücumlarını başqa formada təqdim edib. Ən maraqlısı ondan ibarətdir ki, Almaniya mətbuatı PKK terroçularını “kürd partizanları” kimi təqdim edir.

Ölkədə ən çox satılan “Bild” qəzeti Türkiyənin İŞİD və PKK-ya qarşı əməliyyatlarını işıqlandırarkən “Ərdoğanın döyüş təyyarələri İŞİD-i vurdu” başlıqlı xəbərdə, “PKK hədəflərini də vurdu” təəssüflü yarşmbaşlığı oxucularda çaşqınlıq yaratdı.

Almanyanın, son hadisələrlə bağlı tətbiq etdiyi ikili standard “Der Spiegel” jurnalında da yer aldı. Türkiyənin döyüş təyyarələrinin İŞİD hədəflərini vurduğunu yazan jurnal, PKK-ya qarşı keçirilən əməliyyatı başqa məcrada təqdim etdi:

“Türk təyyarələri kürd partizanlarının İraqdakı hərbi düşərgələrini də bombaladı. Baş nazir Əhməd Davudoğlu da bunu təsdiq etdi. Kürd qüvvələri əvvəlki aylarda şimali İraq və şimali Suriyada İŞİD düyüşçülərinə qarşı hərbi uğurlar qazanmışdı. PKK, Türkiyə hakimiyyəti tərəfindən terror təşkilatı olaraq qəbul edilir. PKK və Türkiyə arasındakı bu müharibə 30 ildir davam edirdi və 40.000 insanın ölümü ilə nəticələnib. İki tərəf də bir barış mərhələsində razılığa gəlmişdilər. İndi bu barış zədələndi”.

Femida.az

Açar sözlər:

Oxunub: 2493