Moskva-Bakı aviareysi gecikir


19:22     08 Yanvar 2017 teyyare_qar.jpg

Bu gün 13:35-də Moskva şəhərindən (Rusiya) Bakıya uçmalı olan "S7 3355" saylı aviareysin vaxtında gecikmə yaranıb.


Femida.az "Domodedovo" aeroportunun onlayn tablosuna istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkətinə məxsus "Airbus A319" təyyarəsi 13:56-da yola düşüb və gecikmə ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edəcək.
Qeyd edək ki, "Domodedovo" hava limanında ümumilikdə 32 reys gecikir və 2-si təxirə salınıb.

Hazırda Moskva regionunda olduqca soyuq hava şəraiti hökm sürür.

Femida.az

Açar sözlər:

Oxunub: 1036