Moskva-Bakı mikroavtobusu qəzaya uğradı - YARALILAR VAR


17:43     20 İyul 2018 publika.az1397292007qeza3.jpg

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub.



Femida.az xəbər verir ki, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus "Ford" və "VAZ 2110" markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, "Ford"da 3 nəfər, "VAZ 2110" markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Femida.az

Açar sözlər:   #Rusiya   #Stavropol   #Moskva-Bakı  

Oxunub: 1877