Qüdsdə insident - 4 İsrail hərbçisi öldü


21:55     08 Yanvar 2017 israil%20esgeri7.jpg

Qüdsdə naməlum şəxs yük maşınını İsrail hərbçilərinin üzərinə sürüb.


Femida.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə turistlər arasında məşhur olan Armon xa-Natsiv meydanı yaxınlığında baş verib.

Nəticədə 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Yük maşınının sürücüsü öldürülüb. İsrail hakimiyyəti baş verən olayı terror aktı kimi dəyərləndirib.

Femida.az

Açar sözlər:

Oxunub: 3017