Bu rayonlarında qaz olmayacaq


13:13     10 Yanvar 2017 qaz%20olmayacaq4.jpg

Yanvarın 10-da “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.


“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən Femida.az-a verilən məlumatına görə, saat 10:00-dan 18:00-dək aparılacaq işlərin Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


Femida.az

Açar sözlər:

Oxunub: 1180