Fransızlar Almaniya ilə sərhədi bağladı


00:18     28 İyul 2015 1438000348_0001.jpg


Fransada fermerlər Almaniya ilə sərhədi bağlayaraq etiraz edirlər.

Femida.az xəbər verir ki, Almaniyadan əkinçilik məhsullarının gətirilməsinə mane olmaq istəyən fransız fermerlər qiymətlərin kəskin düşməsindən narazıdır.

Yerli medianın məlumatına görə, traktorlarla sərhədi bağlayan fermerlər İspaniya ilə Fransanı ayıran 6 yolu da kəsiblər.

Barrikadalarda mindən çox fermerin növbə çəkdiyi bildirilir. Rəsmilər isə Almaniyadan əkinçilik məhsulları gətirən təxminən 10 TIR-ın ölkəyə buraxılmadığını açıqlayıb.

Vurğulayaq ki, Fransada fermer etirazı artıq bir neçə gündür ki, davam edir. Qiymətlərin aşağı olması səbəbindən istehsal xərclərini qarşılaya bilməyən fermerlər Almaniya və digər qonşu ölkələrdən idxal olunan məhsulların dayandırılmasını tələb edir.

Açar sözlər:

Oxunub: 1186