Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı sorğu araşdırılır
02:22 14 Yanvar 2017
"Tanınmış rusiyalı-israilli blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair sorğu araşdırılır".
“RİA Novosti" xəbər verir ki, bu barədə Belarusun Baş Prokurorluğundan bildirilib.
"Azərbaycanlı həmkarlarımızdan sorğu almışıq. Hazırda sənədlərlə tanış oluruq. Hələlik hər hansı bir qərar qəbul olunmayıb", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqqer Aleksandr Lapşin Azərbaycan sərhədlərini pozduğu və işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfər etdiyi üçün Azərbaycan hökumətinin müraciəti əsasında Minskdə saxlanılıb. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur.
A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
Oxunub: 1738
Oxşar xəbərlər
- Lapşinin anası Bakıya gəlir
- Lapşinin əfvi humanist məqsədlə atılmış növbəti addımdır - Fuad Ələsgərov
- Lapşinin ekstradisiyası üçün müraciət daxil olmayıb - Nazirlik
- Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib
- Lapşinin ekstradisiyası hələlik mümkün deyil
- Lapşinin ekstradisiyası hələlik mümkün deyil
- Lapşinin məhkəmə istintaqı başa çatıb
- Lapşinin məhkəməsi təxirə düşüb
- Lapşinin anası məhkəmədə ifadə verəcək
- Lapşinin məhkəməsi başlayıb