Moskvada iki tramvay toqquşub


14:12     14 Yanvar 2017 maxresdefault%20(1)7.jpg

Moskvada iki tramvayın toqquşması ilə müşayiət olunan ağır qəza baş verib.


`RİA Novosti` agentliyinin yaydığı məlumata görə, Rusiya paytaxtının şimal-qərbində, Şukino rayonunun Aviasiya küçəsində baş verən hadisə nəticəsində biri uşaq olmaqla, altı nəfər xəsarət alıb.

Xəsarət alanlardan beşi xəstəxanaya yerləşdirilib, bir nəfər ambulator yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1309