Moskvada azərbaycanlı qətlə yetirilib
13:15 14 Noyabr 2017
Moskva vilayətində Azərbaycan vətəndaşı qətlə yetirilib.
Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda baş verib. Naməlum şəxs "Porshe" markalı avtomobillə yaralı şəxsi xəstəxananın qarşısına gətirib və sonra hadisə yerindən qaçıb.
Moskva vilayəti Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avtomobildə olan yaralı Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü X.Nərimanov olub. Həkimlər onun üzərində bıçaq yaraları aşkar ediblər.
Azərbaycan vətəndaşının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları hadisənin hansı şəraitdə baş verməsini araşdırırlar.
Femida.az
Oxunub: 1234
Oxşar xəbərlər
- Moskvada spirtli içkilərə qadağa qoyulacaq
- Moskvada 100-dən çox uçuş ləğv olunub
- Moskvada 6 məhbus damarını doğrayıb
- Moskvada ekstermistlərə qarşı əməliyyat - 69 nəfər saxlanılıb
- Moskvada əməliyyat - Ekstremistlər saxlanılıb
- Moskvada bomba həyəcanı: 3500 nəfər təxliyyə edildi
- Moskvada atışma - Ölən var
- Moskvadan Bakı zooparkına şah ilanı gətiriləcək
- Moskvada erməni biznesmen güllələnib
- Moskvada erməni təxribatının qarşısı alındı