Qusara 17 sm qar yağıb


15:48     14 Yanvar 2017 qar%20yagdi.jpg

Ötən gündən başlayaraq respublikanın Şimal regionunda hava şəraiti dəyişib.


Femida.az xəbər verir ki, dağlıq ərazilərə 5-15 sm qalınlığında qar yağıb.

Havanın temperaturu mənfi 2-10 dərəcə arasında dəyişir.

Bölgədə ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb - 17 sm.

Quba regional hidrometeorologiya şöbəsindən verilən məlumata görə, qarın hündürlüyü Xızının Altıağac qəsəbəsində 10, Xınalıqda 4, Qusarda 5 sm təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 870