Çində zəncirvari qəza - 6 nəfər öldü


17:10     14 Yanvar 2017 283f1e94-32bf-4744-a41a-875f9b56f119.jpg

Çinin cənubundakı Quandun vilayətində ən az 19 avtomobilin iştirakı ilə baş verən qəzada 6 nəfər həlak olub, daha 15 nəfər xəsarət alıb .


"RİA Novosti"nin yaydığı məlumata görə, hadisə Tsinyuan şəhəri yaxınlığında səhər saatlarında baş verib.

Toqquşmadan sonra avtomobillər alışıb. Hazırda xilaetmə işləri davam edir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 745