Tramp bu gün bir neçə fərman imzalayacaq


13:16     20 Yanvar 2017 donald-trump-is-escalating-his-war-of-words-with-hillary-clinton.jpg

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp inauqurasiya günü bir neçə fərman imzalamaq niyyətindədir.


Femida.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Tramp səlahiyyətlərindən istifadə edərək Meksika ilə sərhəddə səddin inşa edilməsi və immiqrasiyanın məhdudlaşdırılması istiqamətində ilk addımlar atmaq niyyətindədir. Bundan başqa o, Barak Obamanın qəbul etdiyi bəzi fərmanları ləğv etmək niyyətindədir.

Tramp həmçinin seçki kampaniyası və seçildikdən sonra sərt tənqid atəşinə tutduğu Mərkəzi Kəşfiyyat İdarəsinin mənzil qərargahına baş çəkməyi planlaşdırır.

Məlumata görə, Trampın imzalaması üçün 200-dək müxtəlif fərman hazırlanıb, yeni prezident inauqurasiya günü onlardan bir neçə əhəmiyyətlisini seçib imzalayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1128