Trampı heyrətləndirən Reyhana vəzifə verildi
20:32 05 Yanvar 2018
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.
Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən Femida.az-a verilən məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.
Həmçinin, R.Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.
Femida.az
Oxunub: 928
Oxşar xəbərlər
- Trampın ən məşhur binası yanır
- Trampın qızını məhkəməyə verdilər
- Trampın sabiq işçisi saxlanıldı
- Trampın müşaviri istefa verib
- Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirdi
- Trampın müsəlmanlarla bağlı fərmanı qismən qüvvəyə minib
- Trampın immiqrasiya fərmanını əngəlləndi
- Trampın reytinqi ən aşağı səviyyəyə düşüb
- Trampın reytinqi aşağı düşüb
- Trampın şəxsi avtomobili 270 min dollara satıldı