Şirvanda film kimi oğurluq – Ananı boğmaq istədi, oğlunu bıçaqladı


15:13     21 Yanvar 2017 bogub%20qadin%20tutulub%20arvadini5.jpg

Yanvarın 20-də Şirvan şəhərində yaşayan Mətanət Salahovanın evinə qarət məqsədilə girən naməlum şəxs səs-küyə oyanan Mətanəti boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.


Femida.az-ın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 2849