Beşmərtəbəli binada yanğın


13:14     23 Yanvar 2017 yangin23.jpg

İmişlidə beşmərtəbəli binada yanğın baş verib, 3 nəfər xilas edilib.


Yanğın hadisəsi saat 7.50 radələrində şəhərin T. İsmayılov küçəsində binada baş verib.

Kazımov Elçin Ərşad oğlunun kirayədə qaldığı mənzildə başlayan yanğın güclü tüstü ilə müşayət olunub. Hadisə yerinə gələn İmişli Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi yanğını söndürüb. Yanğın zamanı tüstüdən boğulma təhlükəsi ilə üzləşən, yanan mənzildə yaşayan kirayənişin və digər mərtəbədə yerləşən mənzildən 1 azyaşlı və anası xilas edilib. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1469