BDU-dan dekan müavininin səs yazısı ilə bağlı AÇIQLAMA


14:45     24 Yanvar 2017 Aytəkin-Zeynalova-300x300.jpg

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli universitetin dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısına münasibət bildirib.


C.Məmmədli Femida.az -a açıqlamasında deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb:






“Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb”.

C.Məmmədli bildirib ki, Aytəkin Zeynalovanın tələbi sadəcə sərt alınıb:

“Dekan müavininin tələbi bir az sərt alınıb. Əks halda, nizam-intizam qaydalarındakı təlimata əsasən, müvafiq ölçü götürüləcəyini bildirib. Hər bir tələbə bu qaydalara riayət etməlidir”.

BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanladığı təhdid dolu mesajların səs yazısı yayılıb.

O, mesajlarında tələbələri universitet və dekanlıq haqqında tənqidi status yazmamaqla bağlı xəbərdarlıq edib və bildirib ki, xəbərdarlığa baxmayan tələbələr cəzalandırılacaq.

Femida.az həmin səs yazısını təqdim edir:




Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 5598