Gəncənin bir hissəsində qaz yoxdu


14:53     26 Yanvar 2017 qaz1.jpg

Bu gün Gəncə şəhərinin bir hissəsinin təbii qaz təchizatında məhdudiyyət yaranıb.


"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev Femida.az-a bildirib ki, təbii qazın verilişində məhdudiyyət iri diametrli qaz kəmərində baş vermiş sızmanın aradan qaldırılması ilə əlaqədardır.

Onun sözlərinə görə, aşkar olunmuş qaz sızmasının qarşısının alınması üçün təmir işləri aparılır.

Qaz təchizatı axşam saat 18:00 radələrində bərpa olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1005